Bakıda yol polisinə xəsarət yetirən sürücü tutulub
Bakıda yol polisi əməkdaşına xəsarət yetirən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən APA TV-yə verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, noyabrın 18-də Xətai prospektində avtoxuliqanlıq edərək Yol Polisi inspektoruna xəsarət yetirməkdə şübhəli bilinən, “Toyota” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini 1966-cı il təvəllüdlü Namik Xanəliyev saxlanılıb.