ABŞ höküməti: Neftin qiyməti 50 dollara düşəcək

ABŞ hökuməti neftin bir barelinin 50 dollara düşəcəyini gözləyir.

 

 “APA-Economics”in Rusiyanın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ Enerji İdarəsinin rəhbəri Adam Seminski bildirib. Onun sözlərinə görə, neftin qiymətinin 50 dollara düşməsi mümkündür.

 

“Hazırda bir çox analitik gözləyir ki, 2015-ci ildə WTI markalı neftin bir bareli 62 dollara düşəcək. Vaxt var idi ki, neftin qiyməti 150 dollar idi. Həmin vaxtlar bir çoxu düşünürdü ki, bu rəqəm 200 dollara çatacaq. Ancaq mən buna heç zaman inanmamışam”.

 

A. Seminskinin sözlərinə görə, neftin bir barelinin qiyməti 60 dollara düşsə, bu halda ABŞ şist qazının hasilatını dayandıracaq.

Müəllif | Apa.Tv
Apa.tv