Arının baldan faydalı məhsulları: Çiçək tozu hansı xəstəliklərin dərmanıdır?

Arı Yer üzündə olan canlıların ən işgüzar və ağıllısıdır. Məlumdur ki, arının 7 məhsulu var: arı südü, arı zəhəri, propolis, gül tozu, mum, bal və güləm. Mütəxəssislər APA TV-yə bildirirlər ki, bal arının ən zəif məhsulu hesab edirlər. Onların fikrincə, çiçək tozu və güləm - yəni perqa, arının ən dəyərli məhsullarındandır. Çiçək tozu baldan 12, güləm isə 20 dəfə güclü hesab edilir. Arıçılar da bu fikirdəir.

 

"Çiçək tozunu arı öz balası üçün yığır. Arı balası bununla mayalanır. Arı hansı gülə qonursa orada ayağına çiçəyin tozu yapışır və bir arı bir uçuşunda minlərlə gülə qonur. Bu zaman  bir arının ayağında minlərlə çiçək tozunun qarışığı yaranır. Biz bunu yığmaq üçün arı yeşiyinin içinə girişdən tor qoyuruq və arı ora qonduqda ayağındakı toz ora tökülür. Sonra biz onu həmin torun altından toplayırıq".
   

Arıçı deyir ki, çiçək tozundan bir çox xəstəliyin müalicəsində istifadə edilir.  Daha çox maddələr mübadləsinə təsir edir, yəni bütün funksiyaları, o cümlədən mədənin fəaliyyətini stimullaşdırır, bunun da nəticəsində iştah artır və bütün orqanizm yenilənir. Bunun üçün çiçək tozundan xüsusi məhlul hazırlanır.
 

"Çiçək tozunun 100 qramını bir kiloqram bala qarışdırıb məhlul hazırlamaq lazımdır. Bunun üçün çiçək tozunu tamamilə toz halına düşüncə əzmək lazımdır. Bundan sonra bal ilə qarışdırıb hər gün ac qarına 1 qaşığını dilin üstünə qoymaq lazımdır". 
 

Arıçılarla söhbət zamanı güləmin də faydaları barədə maraqlandıq. Məlum oldu ki, perqa kimi tanınan güləm çiçək tozundan daha faydalıdır. Alimlər güləmin bağırsaq pozğunluğuna müsbət təsiri olduğu qənaətinə gəliblər. Ən güclü qəbzlikləri belə əziyyətsiz, ağrısız tamamilə müalicə edir. Güləmdən davamlı ishal, enterit, enterokolit və bağırsaqda təhlukəli mikrobların çoxalması nəticəsində əmələ gələn digər infeksion xəstəliklərə qarşı istifadə olunur.

 

"Arı çiçək tozunu gətirəndə onu şana yığır. Daha sonra həmin toza 20-dən çox ferment əlavə edib xüsusi bir məhlul yaradır. Bu, çiçək tozundan daha zəngin sayılır və qiymətlidir". 
 

Müxtəxəsislər hesab edir ki, güləmin qəbulu prostat vəzi xəstəliklərinin inkişafını ləngidir və dayandırır. Perqanın qəbulunu dövri olaraq təkrar etmək lazimdır ki, xəstəliyin inkişafı bərpa olmasın. Güləm əqli zəif, raxit və böyüməsi ləngiyən uşaqlara məsləhət görülür. Qan azlığını aradan qaldıran vasitələrdən ən birincisi hesab olunan güləmin qəbulu 1-2 həftədə orqanizmdə nəzərəçarpacaq irəliləyişə səbəb olur.

"Ən yaxşı olar ki, heç bir qarışıq olmadan gündə üç dəfə yeməkdən əvvəl qəbul edilsin. Lakin güləmi bala da qarışdırıb yemək mümkündür. Bu zaman 100 qram güləmi 1 kiloqram bala qarışdırıb qəbul etmk olar. Həmin qarışığı təxminən 1 ay müddətində yemək olar".

 

Çiçək tozunun qəbulu xəstənin ümumi vəziyyətinə ən yaxşı təsirini göstərir. Bu məhsul fiziki qüvvəni çox tez geri qaytarır, yaxşılaşmaqda olan xəstələrin əksəriyyətini daha tez sağaldır və zehni yorğunluğu aradan qaldırır. Əks təsirinə gəlincə, mütəxəsisslər hesab edir ki, perqanın hər hansı bir əks təsi yoxdur.
 

"Lakin bala qarşı alergik reaksiyası olan şəxlər güləmi qəbul edən zaman onu ilk öncə az miqdarda qəbul edib reaksiyanı yoxlamalıdırlar".

 

Şərq təbabətinin araşdırıcıları perqanın faydaları barədə danışarkən xüsusilə ana olmağa hazırlaşan qadının hamiməlik dövründə perqa qəbulunu daha faydalı sayırlar. Cəmi 400-500 qram çiçək tozu qəbul edən hamilə qadının uşağı bir neçə il ərzində qripə yoluxmaz. Güləm dünyaya gələcək körpədə elə güclü immun sistemi yaradır ki, illərlə ona heç bir qrip yaxın dura bilmir. Çiçək tozunun elmi və kliniki tədqiqatları bu gün də davam edir. Güləmdən depressiyalarda, veqetativ nevrozlarda, baş ağrılarında, yaddaşın zəifləməsində, venaların varikoz genişlənməsində və ürək-damar xəstəliklərində, onikibarmaq bağırsağın qastrit və xorasında, xroniki hepatitlərdə, şəkər xəstəliyində, böyrəyin xroniki xəstəliklərində, prostatitlərdə, prostat vəzinin adenomasında, impotentlikdə, zədələnmiş toxumaların bərpasında, qocalma proseslərinin profilaktikasında, miokard distrofiyasında, stenokardiyada, aterosklerozda, anemiyada, hipertoniyada, ürəyin işemik xəstəliyində, tromboza meyillilikdə, hipotoniyada, saçın tökülməsində, dermatitlərdə, hamiləlikdə, görmənin zəifləməsində, immunitetin zəifləməsində, qaraciyərin bərpasında, fiziki və əqli yorulmalarda, radioaktiv şüalanmada xüsusilə istifadə olunur. 

 

Müəllif | Apa.Tv