Ramiz Rzayev:"Azərbaycanlı girovların məsələsini beynəlxalq səviyyədə həll edəcəyik"

“Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyevlə Dilqəm Əsgərov hər hansı cinayət əməli törətməyiblər”.

Bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib. Ramiz Rzayev bildirib ki, Azərbaycan dövləti diplomatik yollarla bu məsələni həll etməyə çalışır: "Gələcəkdə ayrı cür qərar qəbul edilsə, bizim hüququmuz var ki, Avropa İnsan Haqları Məhkəməsinə müraciət edək və bu məsələni beynəlxalq səviyyədə həll edək".

 

Ali Məhkəmənin sədri Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə edilən müraciətlərlə bağlı danışarkən bunların əsasən mülki işlərlə bağlı olduğunu deyib. Ramiz Rzayev bildirib ki, Ali Məhkəmədə və ümumiyyətlə Azərbaycanın bütün məhkəmələrində baxılan işlərin 80 faizi mülki və iqtisadi işlərdir. O qeyd edib ki, MDB ölkələrində məhkəmələrdə baxılan cinayət işlərinin sayına görə Azərbaycan axırıncı yerlərdədir. Azərbaycanda orta hesabla il ərzində 15 minə qədər cinayət işinə, 165 mindən çox isə mülki və iqtisadi işə baxılır.

Müəllif | Apa.Tv