Bakıda silsilə oğurluqlar törədən şəxs tutulub

Bakıda silsilə oğurluqlar törədən şəxs  tutulub. APA TV-nin xəbərinə görə, əməliyyatı Binəqədi RPİ-nin  6-cı və 40-cı Polis Bölməsinin əməkdaşları həyata keçirib. 1988-ci il təvəllüdlü Maqsud Talıbov paytaxt ərazisində yaşayış evlərini talamaqda şübhəli bilinir. İstintaqla müəyyən olunub ki, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Talıbov bu əməllərini oktyabrın 3-də Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, tutulmuş Gürcüstan vətəndaşı, əvvəllər məhkum olunmuş, 1989-cu il təvəllüdlü Yaşar Qayıbovla birlikdə törədib.

 

Onlar bu il iyunun 27-də Biləcəri qəsəbəsində yaşayan Svetlana Adıgözəlovanın evindən qapını sındırma yolu ilə 1200 ABŞ dollar, 700 manat, “noutbook” və qızıl-zinət əşyaları, iyunun 28-i Biləcəri qəsəbəsi Füzuli küçəsində Arif Kabıyevin evindən 2950 manat, iyulun 26-da Biləcəri qəsəbəsi X.Məlikaslanov küçəsində Müslim Əliyevin evindən pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla 10000 manat və qızıl-zinət əşyaları, avqustun 7-də Biləcəri qəsəbəsində yaşayan Xatirə Süleymanovaya məxsus mənzildən qızıl-zinət əşyaları, “noutbook” və dəri gödəkcə, avqustun 8-də Biləcəri şossesində yaşayan Arzu Kərimovanın evindən 200 manat və 5000 manat dəyərində qızıl-zinət əşyaları, sentyabrın 18-də 1-ci mədən küçəsində yaşayan Sabir Tağıyevin ”, Vulkan dağ yaşayış massivində yaşayan Nicat Ağayevin, Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsində yaşayan Fuad Səlimovun, Biləcəri  qəsəbəsi yeni yaşayış sahəsində yaşayan Rövşən İbrahimovun evindən açar seçmə yolu ilə xeyli miqdarda  pul və   qızıl-zinət əşyası oğurlayıblar.  

Müəllif | Apa.Tv