Lənkəranda saxta əskinas və narkotik alverçiləri tutuldu

Lənkəran rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri zamanı Suraxanı rayonunun Qaraçuxur qəsəbə sakini, 1981-ci il təvəllüdlü Namiq Tahir oğlu Həsənov şübhəli şəxs qismində saxlayıb. APA TV-nin cənub bürosunun məlumatına  görə, saxlanılan Namiq Həsənovun üzərinə baxış keçirilərkən hər biri 100 ABŞ dolları olmaqla 3 ədəd saxta əskinas aşkarlanaraq götürülüb. İlkin araşdırmalardan məlum olub ki, Namiq Həsənov saxta pullara ümumilikdə 60 manat verməklə onları Lənkəran rayonunun Girdəni kənd sakini, 1971-ci il təvəllüdlü Arzuman Rəşid oğlu Mirzəyevdən əldə edib.

 

Polis əməkdaşları Arzuman Mirzəyevin evinə baxış keçirdikləri zaman oradan 35 ədəd kibrit qutusunda 172 qram və 2 ədəd selofan bükümdə 300 qram narkotik vasitə olan marixuana, həmçinin 28 qram çətənə bitkisinin toxumunu aşkarlayaraq götürüblər.

 

Hər iki şəxs istintaqa cəlb olunub.

 

Faktla bağlı Lənkəran RPŞ-də cinayət işi başlanıb.

 

Müəllif | Apa.Tv