Bakıda "Tofaş"la "Honda" toqquşub

Ötən axşam Bakının Nəsimi rayonunda iki avtomobil toqquşub. APA TV-nin məlumatına görə, Svetlana Məmmədova küçəsi ilə hərəkət edən "Tofaş"ın sürücüsü 23 yaşlı Altun Əlizadə qəfil idarəetməni itirib. O, maşını yolun solunda hərəkət edən 18 yaşlı İsmayıl Əliyevə məxsus "Honda"ya çırpıb. Nəticədə hər iki avtomobil yolun əks istiqamətinə keçib. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polisinin Nəsimi Rayon Şöbəsinin əməkdaşları gəliblər. Qəzanın necə baş verdiyi yaxınlıqdakı "Təhlükəsiz şəhər" kameralarına baxıldıqdan sonra müəyyən olunacaq.

 

Faktla bağlı Dövlət Yol Polisinin Nəsimi Rayon Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv