Bakıda qadın sürücü qəza törətdi
Ötən gecə Bakının Yasamal rayonunda xanım sürücü qəza törədib. APA TV-nin məlumatına görə, hadisə Əsəd Əhmədov küçəsində qeydə alınıb. "KİA" markalı avtomobillə "VAZ 21015"in toqquşması nəticəsində xəsarət alan olmasa da, maşınlara ziyan dəyib.
Hadisə yerinə yol polisi əməkdaşları gəliblər. İlkin ehtimala görə, qəzaya qadın sürücünün idarə etdiyi "KİA" markalı avtomobilin yola anidən çıxması səbəb olub.
Faktla bağlı Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsində araşdırma aparılır.