Misirin sabiq prezidenti Mursiyə edam cəzası verilə bilər

Misirin baş prokurorluğu sabiq prezident Məhəmməd Mursi və “Müsəlman qardaşlar” təşkilatının 35 nəfər üzvü barədə ölüm hökmü çıxarılmasını istəyib. APA TV-nin xəbərə görə, müvafiq sənəd noyabrın 19-da ittihamçı qismində çıxış edən prokuror İmad əş-Şəravi tərəfindən məhkəmə kollegiyasına göndərilib.

 

Xatırladaq ki, Mursi və tərəfdarları barədə məhkəmə prosesi 2013-cü ilin fevralında başlayıb. M.Mursi və “Müsəlman qardaşları”nın digər liderləri Misirdə terror aktlarının törədilməsi məqsədilə xarici təşkilatlarla əməkdaşlıq etməkdə və terroru maliyyələşdirməkdə ittiham edilirlər. Bundan əlavə, onlar ölkənin hərbi sirlərini başqa dövlətlərə ötürməkdə, dövlətin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün sarsıdılmasına yönəldilmiş fəaliyyət göstərməkdə təqsirləndirilirlər.

 

Müəllif | Apa.Tv