Sabunçu sakini öz maşınında qətlə yetirilib
Ötən gecə Nərimanov rayonu ərazisində qətl törədilib. APA TV-nin məlumatına görə, hadisə rayonun Dərnəgül qəsəbəsi, Ziya Bünyadov prospektində qeydə alınıb. Sabunçu rayon sakini, 32 yaşlı Ramin Məzahir oğlu Əliyev "VAZ 2107" markalı maşının içində yaralı halda tapılıb. O, xəstəxanaya aparılarkən yolda ölüb. Məlum olub ki, Ramin Əliyevə ürəyindən bıçaq xəsarəti yetirilib.
Faktla bağlı Nərimanov rayon hüquq mühafizə orqanları əməkdaşları axtarışlara başlayıblar. Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adamöldürmə maddəsi ilə cinayət işi başlanıb. Hazırda polis qətli törədən şəxs və ya şəxsləri axtarır.