Xaçmazda minik maşını at arabası ilə toqquşub
Xaçmazda minik maşını at arabası ilə toqquşub. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz-Quba yolunun 1-ci km-də qeydə alınıb. Xaçmaz rayonu, Arzu kənd sakini 1987-ci il təvəllüdlü Elşən Pirmudadov idarə etdiyi “VAZ 2106” markalı avtomaşın Xaçmaz rayon sakini Bəşir Ağayevə məxsus alma ilə dolu at arabası ilə toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobilə və at arabasına ciddi ziyan dəyib.
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsində araşdırma aparılır.