Azərbaycanda siqaret bahalaşa bilər
Azərbaycanda tütün məmulatlarının qiymətinin artırılması təklif olunur.
“APA-Economics”in məlumatına görə, belə bir təkliflə Milli Məclisdə Azərbaycan Respublikasının 2015-ci il üçün büdcə zərfinin plenar müzakirəsi zamanı millət vəkili Musa Quliyev çıxış edib.
Çıxışı zamanı millət vəkili tütün məmulatlarına tətbiq olunan aksiz və ƏDV-nin artırılması ilə bağlı təklif irəli sürüb.
M. Quliyev qeyd edib ki, bir çox ölkə ilə müqayisədə Azərbaycanda tütün məmulatlarının, xüsusilə siqaretin qiymət aşağıdır.