Bakıda dəhşətli qətl: 23 yaşlı oğlanın gözünü çıxardılar - TƏFƏRRÜAT
Bakıda 23 yaşlı gəncin öldürülməsinin bəzi təfərratları məlum olub. APA TV-nin məlumatına görə, hadisə Sabunçu qəsəbəsi, Əsədullayev küçəsi 20 nömrəli mənzilin qarşısında baş verib. 1991-ci il təvəllüdlü İsmayılov Nihad Məmmədqiyas oğlu aralarında olan narazılığı aydınlaşdırmaq məqsədi ilə qonşusu, 1963-cü il təvəllüdlü Səttarov Mirələkbər Vəli oğlunun evinə gedib.
Mirələkbər Səttarovun həyat yoldaşı da hadisənin şahidi olub: "Mən çıxdım bayıra gördüm ki, yoldaşım əlində bıçaq onu vurur. Cox idilər. Hərəsinin əlində bir bıçaq vardı".
İlkin araşdırmalar zamanı məlum olub ki, qətlə yetirilən Nihat Məmmədqiyasov bir neçə nəfərlə qonşusunun evinə gəlib. Küçəyə çıxan Mirələkbər Səttarov əvvəlcə bıçaqla onun gözünə, daha sonra isə bel nahiyəsinə zərbə endirib. Xəsarət alan şəxs 3 saylı kliniki xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Sabunçu RPİ 12-ci polis bölməsinin keçirdiyi operativ əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Mirələkbər Səttarovla bərabər, hadisədə iştrak edən 1990-cı il təvəllüdlü Şirinov Xətai Sülhəddin oğlu da bölməyə aparılıb. Ailə üzvlərinin sözlərinə görə, 4 ay əvvəl hadisəni törədən Miələkbər Səttərovun kiçik oğlu arada yaranan münaqişə nəticəsində bıçaqlanıb.