Bakıda iki yol polisi əməkdaşı bıçaqlanıb

Bakı şəhərində xidmətdə olan polis əməkdaşları bıçaqlanıb. Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Cəfər Xəndan küçəsində qeydə alınıb.

 

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin polis baş serjantları Nicat  Mübariz oğlu Bayramov və 1989-cu il təvəllüdlü Yasin Mətləb oğlu Umudov xidmət zamanı naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıblar. Bıçaqlanan hər iki polis nəfəri Klinik Tibbi Mərkəzə yerləşdirilib.

 

Lent.az-n xəbərinə görə, polis əməkdaşlarını “Nissan” markalı avtomobildə olan şəxslərin bıçaqladığı məlum olub. Avtomobil Bakı şəhər sakini Ağayev İlham Əbülfət oğlunun adına qeydiyyatdadır.

Müəllif | Apa.Tv
Apa.tv