Meyxanaçı Bayram Kürdəxanılıya hökm oxunub

Sabunçu Rayon Məhkəməsində həbsdə olan meyxanaçı Bayramqulu Quliyevin (Bayram Kürdəxanılı) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


APA-nın məlumatına görə, noyabrın 14-də B. Kürdəxanılıya hökm oxunub. Hökmə əsasən, o, 1 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, 1962-ci il təvəllüdlü Bayram Kürdəxanılı iyulun 12-də Bakıxanov qəsəbəsində, “Nilufər” şadlıq sarayının qarşısında şübhəli şəxs qismində saxlanılıb.

 

Onun üzərinə baxış keçirilərkən ondan 1.02 qram narkotik vasitə olan tiryək aşkar edilib. 

Müəllif | Apa.Tv
Apa.tv