Azərbaycanda hava xəbərdarlığı: Temperatur 8 dərəcə düşəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti Azərbaycanda hava şəraitinin dəyişiləcəyi ilə bağlı xəbərdarlıq edib. APA TV-nin xəbərinə görə, xəbərdarlıqda bildirilir ki, noyabrın üçüncü ongünlüyünün birinci yarısında ölkə ərazisində qeyri-sabit, dəyişkən hava şəraiti gözlənilir. Noyabrın 21-i axşam respublikanın şimal rayonlarından başlayaraq, havanın fasilərlə yağıntılı keçəcəyi, bəzi rayonlarda intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 7-10, gündüz 11-14 dərəcə isti olacaq. Noyabrın 23-dən 25-dək ölkə ərazisində şimal küləyinin güclənəcəyi, temperaturun ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcəyi proqnozlaşdırılır.
Azərbaycanın rayonlarında da hava şəraitinin gecə və səhər saatlarında bəzi yerlərdə dumanlı, çiskinli, şimal və şərq rayonlarında isə yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 4-9, gündüz 11-16, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.
Noyabrın 22-23-də Abşeron yarımadasında atmosfer təqyiqinin xeyli tərəddüdü, noyabrın 23-24-də küləyin güclənməsi və temperaturun kəskin aşağı enməsi meteohəssas insanlar üçün əsasən əlverişsizdir.