Samux sakini mübahisə etdiyi dostunu bıçaqlayıb
Samux rayonunda iki dostun mübahisəsi bıçaqlanma ilə nəticələnib. Hadisə noyabrın 19-da gecə saatlarında Samux rayonunun Alabaşlı qəsəbəsində baş verib. APA TV-nin xəbərinə görə, qəsəbə sakini, 1986-cı il təvəllüdlü Məmməd Ağayev şəxsi münasibətlər zəminində mübahisə etdiyi tanışı, 1981-ci il təvəllüdlü Eldəniz İsgəndərovu bıçaqlayıb. Eldəniz İsgəndərov dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildirirlər.
Məmməd Ağayev hüquq-mühafizə orqanların əməkdaşları tərəfindən saxlanılıb. Hadisə baş verən ərazi Alabaşlı Dəmiryolu Stansiyasına daxil olduğundan, fakt Gəncə şəhər Dəmir Yolu Nəqliyyatında Xətt Polisi şöbəsi tərəfindən araşdırılır.