Azərbaycan Ordusunun əsgəri şəhid olub
Azərbaycan Ordusu şəhid verib. APA TV-nin Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 20-də saat 12.45 radələrində erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozub.
Düşmənlə atışmada Silahlı Qüvvələrimizin əsgəri, 1995-ci ildə Astara rayonunda anadan olan Əzizov Rüstəm İzzət oğlu döyüş postunda şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir.