Ziyafət Əsgərov: "Həmsədrlərin bəyanatı təxribat xarakterlidir"

"Həmsədrlərinin vurulan helikopterinin vurulması ilə bağlı verdiyi bəyanat tamamilə təxribat xarakteri daşıyır".

 

APA TV-nin məlumatına görə, bu sözləri Milli Məclisinin 1-ci vitse-spikeri Ziyafət Əsgərov parlamentin iclası zamanı çıxışında deyib. Vitse-spiker helikopterin qalıqlarının neytral ərazidə yerləşməsi ilə bağlı bəyanatın məntiqsiz və mənasız olduğunu bildirib: "Helikopterin düşdüyü yer Azərbaycan ərazisidir. Heç bir neytral ərazidən söhbət gedə bilməz. ATƏT-in Minsk Qrupu həmsədrləri olan hər üzv dövlət dəfələrlə Azərbaycanın ərazi bütövlüyün suverenliyini qəbul və etiraf edib. Bu, bəyanat təxribatdır və mənasızdır."

 

Qeyd edək ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri - səfir İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andriunun (Fransa) birgə bəyanat yayaraq, hərbi helikopterin vurulduğu əraziyə giriş imkanı olmadığına görə narahatlıqlarını ifadə ediblər. Onlar tərəfləri helikopter vurulan ərazidə və ətrafında atəşi dayandırmağa, həmin ərazilərin minalardan təmizlənməsi prosesini asanlaşdırmağa, Soçi, Nyuport və Paris şəhərlərində əldə olunmuş razılıqlara riayət etməyə çağırıb.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı