Bakıda özünü asan 30 yaşlı kişi xilas edildi

Gecə saatlarında Bakının Binəqədi rayonunda özünü asmaq istəyən şəxs xilas olunub. Hadisə Rəsulzadə qəsəbəsində, "Baksol yolu" adlanan ərazidə baş verib. Şahbuz rayon sakini, 30 yaşlı Elnur Rizvan oğlu Hüseynov yolun kənarındakı qülləyə çıxaraq özünü asmaq istəyib. O, kəndiri boğazına keçirsə də, istəyinə nail ola bilməyib. Elnurun ayaqları qüllənin pilləkənlərinə ilişib və havadan asılı vəziyyətdə qalıb.

 

APA TV-nin xəbərinə görə, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xətt xidmətinə məlumat verilib. Dərhal hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər. Elnur Hüseynov qüllədən düşürülüb.

 

Ona ilkin tibbi yardım göstərilib, boğulma əlamətləri olduğu üçün xəstəxanaya aparılıb. Hadisə ilə bağlı araşdırmalar Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsində aparılır.

 

Müəllif | Apa.Tv