Sabunçu bazarında yanğın olub

Bakının Sabunçu rayonu ərazisində yerləşən bazarda yanğın baş verib.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Sabunçu və Nizami rayon Dövlət Yanğından Mühafizə hissələrinin texnika və canlı qüvvəsi cəlb edilib. İlkin məlumata görə, yanğına elektrik naqillərində baş verən qısaqapanma səbəb olub. 

APA TV-nin xəbərinə görə, Fövqəladə Hallar Nazirliyi yaydığı məlumatda bildirilir ki, Sabunçu rayonunda ayrı-ayrı vətəndaşlara məxsus sahəsi 50 kvadratmetr olan ev əşyaları, satışı mağazasının yanar konstruksiyaları, o cümlədən sahəsi 50 kv.m olan mağazanın yanar konstruksiyaları və içərisində satış üçün nəzərdə tutulmuş mebellər, 25 kv.m olan taxta konstruksiyalı tikili yanıb. Ona bitişik mağazanın lambirdən ibarət tavanı 50 kv.m sahədə yüksək temperaturdan əriyib .Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 

 

Müəllif | Apa.Tv
Almaz Qasımova