Beynəlxalq Antikorrupsiya Akademiyasının Bakıda keçirilən iclası başa çatdı
Beynəlxalq Antikorrupsiya Akademiyasının Bakıda keçirilən üçüncü illik iclası başa çatıb. APA TV-nin məlumatına görə, tədbirlə bağlı jurnalistlərə açıqlama verən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinin rəisi Kamran Əliyev iclasın uğurlu keçdiyini deyib:
"Hesab edirəm ki, bu Azərbaycan hökumətinin akademiya ilə qurduğu səmərəli əməkdaşlığın nəticəsi idi ki, konfrans Bakıda baş tutdu. Üç gün davam edən iclas zamanı dünyanın korrupsiya qarşı mübarizə sahəsində ixtisaslaşmış beynəlxalq qurumları bir yerdə oldular, fikir mübadiləsi apardılar. Tədbirin əsas nəticələrindən biri ondan ibarətdir ki, Beynəlxalq Antikorrupsiya Akademiyasının Bakı deklarasiyası qəbul edildi. Bu çox mühüm sənəddir".
Daha sonra tədbir iştirakçıları “ASAN Xidmət” mərkəzinə və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsinə gedərək, oradakı şəraitlə tanış olublar.