Cəlilabadda TIR "VAZ 2106"nı əzdi: 2 ölü
Cəlilabadda ölümlə nəticələnən dəhşətli yol-nəqliyyat hadisəsi verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə noyabrın 21-də günorta saatlarında Ələt-Astara magistralının 133-cü kilometrliyində, Cəlilabad rayonun Qarazəncir kəndindən keçən hissəsində qeydə alınıb. İmişli rayon sakini Valeh İznullah oğlu Quluyevin idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili Bakı istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn Rusiya Fedarasiyasının vətəndaşı Məhəmməd Rəşidovun idarə etdiyi "VOLVO" markalı ağırtonajlı qoşğulu yük maşını ilə toqquşub. Güclü zərbənin təsirindən “VAZ-2106”-nın sürücüsü Valeh Quluyev aldığı xəsarətlərdən hadisə yerndə ölüb. Avtomobildə olan bir sərnişin isə müxtəlif dərəcəli bəsən xasarətləri ilə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.