Milli Ordunun şəhid əsgəri dəfn olunub
Azərbaycan Ordusunun şəhid olmuş əsgəri dəfn olunub. 1995-ci il təvəllüdlü Rüstəm İzzət oğlu Əzizov dogulduğu Astara rayonunun Tükəş kəndində torpağa tapşırılıb. APA TV-nin cənub bürosunun məlumatına görə, dəfn mərasimində Rüstəm Əzizovun qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri, Astara Rayon İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarıınn nümayəndələri, həmçinin rayon ictimaiyyəti iştirak ediblər. Mərasimində çıxış edən yerli icra strukurlarının rəhbərləri, ictimaiyət nümayəndələri şəhidin Vətən uğrunda canından keçdiyini, əbədiyyətə qovuşduğunu bildirərək onun ailəsinə dərin hüznlə başsağlığı veriblər.
Şəhid Rüstəm Əzizov əsgəri ehtiram ənənələrinə uyğun olaraq yaylım atəşləri altında son mənzilə yola salınıb. Onun tabutuna bükülmüş üçrəngli Azərbaycan Bayrağı atası İzzət Əzizova təqdim olunub.
Qeyd edək ki, noyabrın 20-də ermənilərin atəşkəsi pozması nəticəsində cəbhənin Ağdam bölgəsinin "N" saylı hərbi hissədə xidmət edən Azərbaycan Silahlı Qüvvələrinin əsgəri döyüş postunda ikən düşmən gülləsinə tuş gəlib. Nəticədə əsgər aldığı güllə yarasından şəhid olub. O, 2015-ci ilin yanvar ayında tərxis olunmalı idi.