Bakıda 5 avtomobil toqquşdu

Ötən axşam Bakıda sürət həddinin aşılması zərcirvari yol qəzasına səbəb olub. APA TV-nin məlumatına görə, qəza Binəqədi rayonu Biləcəri qəsəbəsində qeydə alınıb. 26 yaşlı Əli Məcidov idarə etdiyi "BMW" maraklı maşınla Rəşid İsmayılov küçəsi istiqamətində hərəkətdə olarkən qəfil idarəetməni itirib. Nəticədə "BMW" yol kənarında dayanan "VAZ 2107" markalı maşına çırpılıb. Zərbənin təsirindən maşın iki "Mercedes"i vurub.  "BMW" "Ford" markalı yük maşınına çırpıldıqdan sonra dura bilib.

 

Hadisə yerinə gələn yol polislərinin apardığı ilkin araşdırma zamanı məlum olub ki, qəzaya yüksək sürət səbəb olub.

 

Faktla bağlı Dövlət Yol Polisinin Binəqədi Rayon Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv