Londonda 5 ulduzlu oteldə partlayış: 14 yaralı
Londonda 5 ulduzlu oteldə qaz sızması nəticəsində dəhşətli partlayış baş verib. Hadisə nəticəsində 14 nəfər ağır yaralanıb. Xəsarət alanlar xəstəxanaya çatdırılıb.
APA TV-nin xəbərinə görə, qaz sızması otelin mətbəxində baş verib. Gecə saatlarında baş vermiş partlayış nəticəsində otelin bütün personalı və qonaqları təxliyyə olunub.
Partlayış nəticəsində yaranmış yanğının qarşısını almaq məqsədi ilə hadisə yerinə 6 yanğın söndürən maşın çağrılıb.