Bərdə sakininin evindən külli miqdarda narkotik tapılıb

Bərdədə rayon Polis Şöbəsinin əməkdaşlarının Mehdili kəndində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik tapılıb. APATV-nin Qarabağ bürosunun məlumatına görə, kənd sakini Arif Ağayevin evindən narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanıb. Becərdiyi narkotik bitkini Arif Ağayev evində müxtəlif yerlərdə gizlədib. Ümumi çəkisi 4 kiloqrama yaxın marixuananı şəxsi istifadə məqsədilə becərdiyini deyən  Arif Ağayev narkotik bitkini satmaq fikrində olmadığını bildirib. 

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv