Sürücünün "Mitsubishi"də sıxılmış meyitini xilasedicilər çıxardılar
Noyabrın 22-ə keçən gecə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112 Xidməti"nə Sabunçu rayonu Maştağa qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub. APA TV-nin xəbərinə görə, FHN-nin Suraxanı rayonu üzrə xilasedicilər qrupu hadisə yerinə yollanıb. Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, 1979-cu il təvəllüdlü Quliyev Elşən Rəşid oğlunun idarə etdiyi "Mitsubishi" markalı, 90-KX-031 dövlət nömrə-nişanlı minik avtomobili yoldan çıxaraq, yolun kənarındakı ağaca çırpılıb. Nəticədə ağır deformasiyaya uğramış avtomobildə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri xüsusi alət və avadanlıqlardan istifadə edərək avtomobildən cəsədi çıxarıblar və aidiyyəti üzrə təhvil veriblər.