Ermənistanda donuz əti problemi: bahalaşma, xəstəlik, yoxsa təxribat?

Ermənistanda donuz əti bahalaşıb. Bu yaxınlara qədər bazarlarda donuz ətinin kiloqramı 2800-3000 drama satılırdısa, indi qiymət 4200 dramdır. APA TV-nin Ermənistanın tert.am saytına istinadən verdiyi xəbərə görə, "Çiçəklənən Ermənistan" partiyasından parlamentə deputat seçilmiş Vaan Karapetyana məxsus "Vasanavi" şirkətinə aid ölkənin ən böyük donuz fermalarından birində 25.000 min donuzun öldüyü bildirilir. Sahibkar-deputat fermalarından birinin ümuiyyətlə boşaldığını etriaf edib. Karapetyan bunun səbəbini hansısa mənşəyi bilinməyən xəstəliklə əlaqələndirib. Bəzi erməni mənbələri isə bunu deputatın biznesini zəiflətmək üçün kimlərinsə təxribatı kimi yozur. Həmin mənbələr anoloji faktın başqa yerlərdə müşahidə olunmadığını əsas gətirirlər.

 

Müəllif | Apa.Tv
Apa.tv