Şəmkirdə avtomobil teplovozun altında qaldı, 26 yaşlı oğlan öldü
Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəmkir rayon Prokurorluğundan APA TV-nin qərb bürosuna verilən məlumata görə, hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb. Rayonun Zəyəm qəsəbə sakini, 1988-ci il təvəllüdlü Bayramov Sənan Rəhim oğlu idarə etdiyi “VAZ2109” markalı avtomobillə dəmir yol xəttini keçmək istəyərkən hərəkətdə olan teplovozla toqquşub. Qəza zamanı S. Bayramov aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.