Kafedə yeyib-içən tanışlar dalaşdı, biri digərini bıçaqladı
Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib. Sərxoş tanışlar arasında mübahisə qanlı sonluqla bitib. APA TV-nin xəbərinə görə, hadisə Müşfiqabad qəsəbəsində baş verib. Qəsəbə sakinləri Nurəddin Hüseynov və Baba Həziyev kafelərdən birində yeyib-içdikdən sonra aralarında mübahisə yaranıb. Sərxoş tanışlar bir-birilərini ağır söyüşlərlə təhqir edib. Nurəddin Hüseynov masadan götürdüyü bıçaqla Baba Həziyevin qarın nahiyyəsinə daxilə nüfuz edən ağır xəsarət yetirib.
Hadisəni törətdikdən sonra qaçıb gizlənən Nurəddin Huseynovun tutulması istiqamətində Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərərvurma maddəsi ilə cinayət işi başlanılıb.