Xaçmazda qohumlar qəzaya düşdü: 5 yaralı

Xaçmaz rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin şimal bürosunun məlumatına görə, hadisə Məhəmməd Əmin Rəsulzadə və Atatürk küçələrinin kəsişməsində qeydə alınıb. Xaçmaz şəhər sakini Abıyev Elmin Akif oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobil “VAZ 2107” markalı maşınla toqquşub. Qəza nəticəsində 5 nəfər müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəsarət alanlar 67 yaşlı Həşimova Züleyxa Baxış qızı,72 yaşlı Həşimov Rzaqulu Nəsibulla oğlu, 46 yaşlı Səlimova Rəsmiyyə Şirin qızı, 12 yaşlı Həşimova Kəmalə Asif qızı və 49 yaşlı Süleymanova Sevda Rzaqulu qızıdır. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

 

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

 

Müəllif | Apa.Tv
Vəli Turan