Obama: "Hillari Klinton gözəl prezident olacaq"

ABŞ prezidenti Barak Obama növbəti prezident seçkilərində sabiq dövlət katibi Hillari Klintonun prezident seçilməsi ehtimalından danışıb. APA TV xəbər verir ki, Barak Obama ABC telekanalına müsahibəsində Demokrat Partiyasından 2016-cı il seçkilərində prezidentliyə əsas namizədlərdən biri olan Hillari Klintonun gözəl prezident ola biləcəyini deyib.

 

ABŞ prezidenti Hillari Klintonu tərifləyib və onu "gözəl gələcəyə malik rəqabətə davamlı namizəd" adlandırıb: "O, prezident yarışına qatılmaq qərarı qəbul etsə, rəqabətədavamlı namizəd ola bilər. Hesab edirəm ki, o, gözəl prezident olacaq".

 

Barak Obama Hillari Klintonun dövlət aparatındakı işini yüksək dəyərləndirib, onu "görkəmli dövlət katibi" və "əsl dost" adlandırıb.

 

Bununla belə, Amerika lideri qeyd edib ki, Hillari Klinton haqqında müsbət rəyləri onun növbəti prezident seçkilərində namizəd olacağının 100 faizlik təminatı kimi qəbul etmək olmaz: "Mən hadisələri qabaqlamaq istəmirəm. O, seçki kampaniyasında iştirak edəcəyini hələ bəyan etməyib".

 

Barak Obama bildirib ki, Demokrat Partiyasında dövlətin birinci adamı ola biləcək başqa siyasətçilər də var. Amma o, həmin adamların adlarını açıqlamayıb.

Müəllif | Apa.Tv
Apa.tv