Zaqatalada yaşayış evi yanıb
Zaqatalada fərdi yaşayış evində yanğın olub. APA TV-nin məlumatına görə, yanğın rayonun Paşan kəndində, Məryəm Mazayevaya məxsus, ümumi sahəsi 99 kv/m olan, 4 otaqlı fərdi yaşayış evində baş verib. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğın nəticəsində evin bir otağının yanar konstruksiları içərisindəki əşyalarla birlikdə, digər otağın isə tavan hissəsi yanaraq yararsız hala düşüb. Yanğınsöndürənlərin səyi nəticəsində evin digər iki otağı yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.