Britaniya XİN: İranla danışıqların çətin mərhələsi qabaqdadır
Avstriyanın paytaxtı Vyanada Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ və Fransanın daxil olduğu 6-lıq ölkələri İranın nüvə proqramı məsələsi ilə bağlı ümumi razılığa gəlmək üçün bir araya gəlib. 6-lıq ölkələrinin xarici işlər nazirləri İran tərəfi ilə uranın zənginləşdirilməsini minimuma endirmək üçün qarşılıqlı razılaşma əldə etməyə çalışırlar. APA TV-nin məlumatına görə, danışıqların hazırkı mərhələsini Britaniya xarici siyasət idarəsinin nümayəndəsi Filip Hemmond belə şərh edib: "Biz ümumi razılşma əldə etməyi çox istəyirik, amma mən boş yerə heç kəsə ümid vermək istəmirəm. Ümumi mövqeyimiz qarşılıqlı anlaşmadan çox uzaqdır, danışıqların çətin mərhələləri hələ qabaqdadır, biz yaxşı nəticə əldə etmək üçün bütün gücümüzü ortaya qoymuşuq".
Razılaşma əldə olunarsa, qərb ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların hissə-hissə aradan qaldıracağını vəd edir. Rəsmi Tehran isə uranın zəngilişdirilməsində məqsədinin nüvə silahına sahiblənmək olmadığını bildirir.