Azərbaycanın bəzi yerlərində 8 dərəcə şaxta olacaq
Noyabrın 25-də Bakı və Abşeron yarımadasında soyuq, arabir yağıntılı hava şəraiti davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən məlumata görə, havanın temperaturu gecə 4-6, gündüz 6-8 dərəcə isti olacaq. Sabah Azərbaycanın rayonlarında da hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6 dərəcə isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz mənfi 2 dərəcədən şaxtadan 3 dərəcəyədək isti olacaq.
Tibbi meteoroloji proqnoza gəlincə, yaxın 2 gün ərazində Abşeron yarımadasında soyuq, diskomfort hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.