Şirvan sakini 30 illik dostunu qətlə yetirib

Şirvan sakini 30 il dostluq etdiyi qonşusunu bıçaqlayaraq qətlə yetirib. Rayon prokurorluğundan APA TV-yə verilən məlumata görə, noyabrın 23-də Şirvan şəhəri Neftçilər küçəsi 36 ünvanında 47 yaşlı İlham Əsədi 51 yaşlı Rasim Əliyev tərəfindən bıçaqlanaraq qətlə yetirilib. 30 ilin dostları olan qonşular əvvəlcə yeyib-içiblər, sonra da sözləri düz gəlmədiyindən mübahisə ediblər. Mübahisə bıçaqlanma ilə nəticələnib. Xəstəxanaya çatdırılan İlham Əsədi əməliyyat olunsa da, çoxlu qan itirdiyindən onun həyatını xilas etmək mümkün olmayıb. Polis tərəfindən saxlanılan Rasim Əliyev əvvəlcə hadisədən xəbərsiz olduğunu desə də, sonradan dostunu bıçaqladığını etiraf edib. Faktla bağlı Şirvan şəhər prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı