Azərbaycanda gələn ilin bayram günlərinin siyahısı açıqlanıb

Azərbaycan Nazirlər Kabineti  “2015-ci ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” qərar qəbul edib.

 

APA-nın məlumatına görə, noyabrın 21-də qəbul edilmiş qərara əsasən, 2015-ci ildə 20, 21, 22, 23, 24 mart Novruz bayramı, 17, 18 iyul Ramazan bayramı olacaq.

 

Qurban bayramı isə 24, 25 sentyabra təsadüf edir.

 

Həmin günlər qeyri-iş günü sayılır. 

Müəllif | Apa.Tv
Apa.tv