Masallı sakini özünü ov tufəngi ağır yaralayıb
Ov tüfəngi ilə ehtiyatsız davranan Masallı rayon sakini ağır xəsarət alıb. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə noyabrın 24-də qeydə alınıb. Rayonun Xırmandalı kənd sakini, 1977-ci il təvəllüdlü Qaraş Əlisəfa oğlu Kərimov ov edən zaman özünə məxsus ov tüfənginin patronu arxadan açılaraq gözaltı nahiyəsinə dəyib və ağız boşluğunun sərt damağını deşərək içəri nüfuz edib. Yaralı dərhal Masallı Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib. Patronun Q.Kərimovun damağından çıxarılması üçün Bakıdan təcrübəli həkimlər çağırılıb. Hələlik görülən tədbirlərin nəticəsi olmayıb. Onun yaxın saatlarda Bakıdakı xəstəxanalardan birinə köçürüləcəyi gözlənilir. Faktla bağlı araşdırma aparılır.