Qardağda mal-qara oğrusu tutuldu

Qaradağ rayonunda mal-qara oğurlamağa cəhd göstərən şəxs saxlanılıb.  APA TV-nin məlumatına görə, hadisə rayonun Sənqəcal qəsəbəsində yerləşən otlaq sahəsində qeydə alınıb. Vüqar Bayramov ərazidə yerləşən otlaq sahəsindən, ümumi dəyəri 4400 manat olan 4 iri buynuzlu mal-qaranı oğurlamaq istəyib. Otlağın sahibləri, Doluxan Ziyadov, Mirhüseyn Ziyadov və Xəqani Bayramov ona mane olduqlarından o öz əməlini həyata keçirə bilməyib. Otlaq sahibləri bu barədə dərhal polisə məlumat veriblər. Əraziyə Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları gəliblər. V.Bayramov saxlanılaraq polis idarəsinə gətirilib. İlkin dindirilmə zamanı o əməlini etiraf edib və buna görə, peşman olduğunu bildirib.

 

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv