Saray qəsəbəsində talvar yanıb

Abşeron rayonu Saray qəsəbəsində yanğın hadisəsi baş verib. APA TV-nin məlumatına görə, vətəndaşa məxsus həyətyanı sahədə yarımtikili yanıb.

 

Yanğın ümumi sahəsi 250 kvadrat metr olan talvarın 150 kvadrat metrini əhatə edib. Yanğın güclü olduğundan hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanığından Mühafzə İdarəsinin 4 yanğınsöndürən maşını cəlb olunub. Yanğın böyük ərazini əhatə etsə də, alovun qarşısını almaq mümkün olub. Yanğın zamanı ölən və ya yaralanan yoxdur.

 

Hadisənin  hansı səbəbdən baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma  aparılır.

 

Müəllif | Apa.Tv