Cəbhə xəttində gərginlik səngimir

Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan silahlı qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqda davam edir. APA TV-nin Azərbaycan Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 73 dəfə pozulub.

 

Erməni silahlı bölmələri Ermənistanın Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ayqepar kəndində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Əlibəyli kəndində, Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qaymaqlı kəndində yerləşən mövqelərimizi atəşə tutub.

 

Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Qızıl Oba, Ağdam rayonunun Şuraabad, Yusifcanlı, Mərzili, Şıxlar, Baş Qərvənd, Kəngərli, Cəvahirli, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.

 

Müdafiə Nazirliyinin məlumatına görə, düşmən cavab atəşi ilə susdurulub.

Müəllif | Apa.Tv
Apa.tv