Daha bir doğuş faciəsi: İsmayıllıda ana doğuş zamanı ölüb

İsmayıllı rayonunda doğuş zamanı ana ölümü qeydə alınıb.

 

İsmayıllı Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə  ötən gün Rayon Mərkəzi Xəstəxanasında baş verib. 

 

Rayon sakini, Afət Balaqardaş qızı Ağayeva doğuş zamanı dünyasını dəyişib.

 

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1 (səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb. 

Müəllif | Apa.Tv
Apa.tv