Özünü Qız qalasından atan kişinin kimliyini müəyyənləşdirmək mümkün olmayıb
Noyabrın 24-də Bakının mərkəzində intihar edən şəxsin kimliyi müəyyənləşdirilməyib. Bu barədə APA TV-yə Səbail Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib. Ötən gün saat 16.45 radələrində özünü Qız qalasından ataraq öldürən şəxsin üzərində şəxsiyyətini təsdiq edən sənəd olmayıb.
Səbail RPİ həmin şəxsin fotolarını yayıb. Mərhumu tanıyanların RPİ-nin növbətçi hissəsinə - 437-02-02 nömrəli telefona zəng vurmaları xahiş edilir.