Samux rayonunda güclü yanğın olub

Samux rayonunda güclü yanğın baş verib. Hadisə rayonun Sarıqamış kəndində qeydə alınıb. APA TV-nin xəbərinə görə, kənd sakini Ramiz Məmmədova məxsus ümumi sahəsi 99 kv.m olan tövlənin yanar konstruksiyaları, tövləyə bitişik ümumi sahəsi 280 kv.m olan talvarın yanar konstruksiyaları 84 kv.m sahədə və tövlənin çardağına yığılmış 50 ton ot bağlamasının 40 tonu tamamilə yanıb.

 

Dərhal hadisə yerinə Samux rayon yanğından mühafizə hissəsinin 2 yanğınsöndürən avtomobili və 10 nəfərdən artıq canlı qüvvəsi cəlb olunub.

 

Yanğın zamanı tövlədə olan 50-dən artıq ev quşu da tələf olub. Talvar və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Bir neçə saat davam edən yanğının yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının dəqiq səbəbləri Samux Dövlət Yanğından Mühafizə Hissəsi tərəfindən araşdırılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli