Goranboyda yaşlı ər-arvadın qatili tutuldu
Noyabrın 22-də Goranboyda törədilən qətlin üstü açılıb. APA TV-nin Daxili İşlər Nazirliyinin saytına istinadən xəbərinə görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində rayon sakinləri Tahir Məmmədovu və onun arvadı Sonanı qətlə yetirmiş Todan kənd sakini Sübhay İbrahimov tutulub.
Qeyd edək ki, yaşlı ər-arvad yaşadığı mənzildə qətlə yetirilib. Qaradağlı kənd sakinləri – 84 yaşlı Tahir Allahverdi oğlu Məmmədov və onun həyat yoldaşı, 80 yaşlı Sona Hüseyn qızı Məmmədovanın meyitləri yaşadıqları evdə, yatdıqları çarpayıların yanında tapılıb. Meyitlərin üzərində zorakılıq əlamətləri, boğaz nayihələrində bıçaq yaraları aşkarlanıb.
APA TV-nin xəbərinə görə, kənd sakinləri bildiriblər ki, qətlə yetirilənlər çox sakit və heç kimlə kiçik mübahisəsi belə olunmayan adamlar olublar. Tahir kişi kəndin cuvarı (su verən) olub və zəhmətkeş və halal adam kimi tanınıb.
Onların qızı Reyhan Məmmədova deyib ki, onlar sakit insanlar olublar. O, valideynlərinin pula görə öldürüldüyünü bildirib.