Mübariz Qurbanlı Lənkəranda qəbul keçirib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı noyabrın 25-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Biləsuvar və Cəbrayıl rayonlarının sakinlərini qəbul edib. APA TV-nin Cənub bürosunun məlumatına görə, 40-a yaxın vətəndaşın iştirak etdiyi qəbulda Mübariz Qurbanlıya ünvanlanan müraciətlər əsasən, dini icmaların qeydiyyatı, yas mərasimlərinin keçirilməsi qaydaları, məscidlərin təmiri, təchizat və təminatı, Bakı İslam Universitetinin Lənkəran filialının fəaliyyətinin bərpası, dini icmaların yaradılması və onların dövlət qeydiyyatına alınması, dini mağazanın fəaliyyətinə icazə verilməsi və digər məsələlərlə bağlı olub.

 

Komitə sədri müraciətlərin araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verib.

 

Qəbulda səslənən müraciət və təkliflərin bir qismi yerindəcə həll olunub. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaqdan ötrü qeydiyyata alınıb.

 

Müəllif | Apa.Tv