Prezident İlham Əliyev I Avropa Oyunlarına hazırlıqla bağlı görülən işlərlə tanış olub
Noyabrın 25-də Azərbaycan prezidenti İlham Əliyev gələn il Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıqla bağlı görülən abadlıq və quruculuq işlərinin gedişi ilə tanış olub. Dövlət başçısı Bakı Olimpiya Stadionunun ətraf ərazilərində, mərkəzi küçə və prospektlərdə yol və nəqliyyat infrastrukturunun, Bayıl qəsəbəsindəki Su İdmanı Sarayının ətrafında həyata keçirilən abadlıq tədbirləri və müxtəlif idman infrastrukturunun yaradılması istiqamətində görülən işlərin gedişi ilə də tanış olub.
Azərbaycan Prezidenti İlham Əliyev işlərin yüksək keyfiyyətlə görülməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.