İsmayıllı rayonunda 86 yaşlı kişi özünü öldürüb
İsmayıllı rayon sakini özünü güllələyib. Rayon prokurorluğundan APA TV-nin yerli bürosuna verilən məlumata görə, hadisə rayonun Qəzli kəndində qeydə alınıb. Kənd sakini, 86 yaşlı Canıyev İsax Yusif oğlu yaşadığı evin həyətində özünə məxsus ov tüfəngindən başına atəş açıb. O, ağır vəziyyətdə təcili olaraq, İsmayıllı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Lakin yaralının həyatını xilas etmək mümkün olmayıb. İsax Canıyev alın nahiyyəsindən aldığı güllə yarasından xəstəxanada dünyasını dəyişib. 86 yaşlı kişinin özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.
Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.