Kürdəmirdə odun sobası evin yanmasına səbəb olub
Kürdəmir rayonunda fərdi yaşayış evi yanıb. FHN-nin Kürdəmir Dövlət Yanğından Mühafizə Hissəsindən APA TV-nin yerli bürosuna verilən məlumata görə, hadisə Pirəkösə kəndində qeydə qeydə alınıb. Kənd sakini Gündüz Gözəlova məxsus ümumi sahəsi 170 kvadratmetr olan 4 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. Hadisə zamanı evin iki otağı yanıb. Yanğın söndürlüb və alovun genişlənməsinin qarşısı alınıb. İlkin məlumata görə, yanğına odun sobasının tüstü borusunun düzgün quraşdırılmaması səbəb olub. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.